Məxfilik siyasəti
Versiya 3, 2026-10-26 tarixindən qüvvədədir.
Bu məxfilik siyasəti Android və iPhone üçün AzXərclə tətbiqinə (az.azxercle.app) və onun ehtiyat nüsxəsini saxlayan AzXərclə sinxronizasiya xidmətinə aiddir. AzXərclə şəxsi maliyyə tətbiqidir: çeklərinizi oxuyur, xərclərinizi, büdcələrinizi və mağaza kartlarınızı izləyir.
AzXərclə xərclərinizi telefonda saxlayır, surətini isə serverimizə göndərir — telefon itsə, məlumat itməsin deyə. Həm də insanların necə xərclədiyinə baxıb tətbiqi yaxşılaşdırırıq. Dəqiq nə saxlanılır:
Nə saxlanılır
- Çekləriniz və içindəki hər şey: gəliriniz, büdcəniz, borclarınız, planlı ödənişləriniz.
- Çeklərinizdəki mağazalar və qiymətlər. Nəyin harada ucuz olduğunu bu sayədə deyə bilirik.
- E-kassa çeklərinizdəki qiymətlər — mağaza, məhsul, qiymət və gün — hamının müqayisə edə bilməsi üçün ümumi qiymət mərkəzinə də düşür. Kimin ödədiyi heç vaxt göstərilmir, çekdən başqa heç nə paylaşılmır. Özünüz yazdığınız xərclər heç vaxt paylaşılmır.
- Telefonunuzun modeli və tətbiqin versiyası — nəsə xarab olanda düzəldə bilək deyə.
- Yeriniz — yalnız özünüz icazə versəniz və yalnız çox uzaq mağazaları siyahıdan çıxarmaq üçün.
- Tənzimləmələrdən özünüz göndərdiyiniz rəy: mesajınız, tətbiqin versiyası, telefon modeli və dil, e-poçt isə yalnız özünüz yazsanız. Hesabınıza bağlanmır və bir ildən sonra silinir.
- Mağaza kartlarınız — adları və nömrələri — yeni telefonda geri qayıtsın deyə ehtiyat nüsxənizdə saxlanılır. Onlar heç kimlə paylaşılmır.
Kim görür
Yalnız biz — qiymət mərkəzindəki anonim qiymətlərdən başqa. Nə satılır, nə də kimsəyə verilir. Hesab yaratmayana qədər heç birində adınız, e-poçtunuz və ya nömrəniz olmur — yalnız təsadüfi bir kod.
Harada saxlanılır
Almaniyanın Frankfurt şəhərindəki serverlərdə, Avropa İttifaqının daxilində. Verilənlər bazasını Neon, tətbiqi isə Render idarə edir; hər ikisi yalnız bizim göstərişimizlə işləyir və məlumatınızı öz məqsədləri üçün istifadə etmir.
Necə qorunur
Tətbiqin göndərdiyi hər şey şifrələnmiş HTTPS bağlantısı ilə gedir, ehtiyat nüsxə isə Avropa İttifaqındakı serverlərdə saxlanılır. Telefonda tətbiqi parol, Face ID və ya barmaq izi ilə kilidləmək olar.
Nə qədər saxlanılır
Tətbiqdən istifadə etdiyiniz müddətdə. Tənzimləmələrdən serverdəki surəti silsəniz, aid olduğu hesabla birlikdə dərhal gedir. İki il ərzində heç nə göndərməyən hesab altındakı hər şeylə birlikdə silinir.
Nə edə bilərsiniz
İstənilən vaxt Tənzimləmələrdən ehtiyat nüsxəni söndürə, serverdəki surəti bir toxunuşla silə bilərsiniz. “Hər şeyə yenidən başla” isə həm buradakını, həm oradakını birdəfəlik silir.
Birbaşa bizə müraciət
Hər şeyi tətbiqin özündə etmək olar və bu, bizdən xahiş etməkdən sürətlidir. Tətbiq artıq sizdə deyilsə, azxercle@gmail.com ünvanına hesab kodunuzla — Tənzimləmələrdə “Ehtiyat nüsxə” bölməsində göstərilən kod — yazın, biz onu silək və ya altında saxlanılanı sizə göndərək.
Məlumatlarınızı necə silmək olar
Uşaqlar
Tətbiq 16 yaşadək uşaqlar üçün nəzərdə tutulmayıb və biz bilərəkdən onların məlumatını saxlamırıq.
Dəyişikliklər
Bu bildiriş əhəmiyyətli şəkildə dəyişsə, tətbiq açılmazdan əvvəl onu yenidən oxumağınızı xahiş edir. Kiçik düzəlişlər burada edilir və yuxarıdakı tarix yenilənir.